“Qarabağ”dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.
33 yaşlı müdafiəçi bu ölkənin “Yohor Darul Tazim” komandasına keçib.
Futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov və vaxtilə “Sabah”da oynamış Con İrasabal da həmin komandada çıxış edir.
Mənbə: bizim.media