Luka Modriç karyerasını daha bir mövsüm “Milan”da davam etdirə bilər.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Məlumata görə, “rossonerilər” 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif ediblər. Hazırda tərəflər danışıqları davam etdirir və yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərə əsasən, Luka Modriç 2026-cı il Dünya Çempionatından sonra peşəkar futbolçu karyerasını başa vurmağı planlaşdırır.
Mənbə: publika.az