İstanbulun "Qalatasaray" klubu nigeriyalı futbolçusu Viktor Osimen üçün 125 milyon avro transfer haqqı müəyyənləşdirib. Türkiyə təmsilçisi bu məbləği ödəmək istəyən klubla danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Hazırda tətildə olan ulduz futbolçu sarı-qırmızılı klubu tərk etmək niyyətində olmadığını deyib. Baş məşqçi Okan Buruka zəng edən 27 yaşlı hücumçu "Qalatasaray"da özünü xoşbəxt hiss etdiyini bildirib.
"Osimen deyib ki, İstanbula dönüb təlim-məşq prosesində iştirak edəcəyi günü səbirsizliklə gözləyir. Futbolçu pulun onun üçün ikinci planda dayandığını, onu ancaq "Qalatasaray"ın uğurlarının düşündürdüyünü vurğulayıb. Osimenin bu sözləri Okan Buruku kövrəldib" - Türkiyə mediası belə yazıb.
Mənbə: metbuat.az