Şotlandiyanın "Seltik" futbol klubu "Qarabağ"ın forvardı Kamilo Duranın transferi üçün 5.5 milyon funt sterlinq ödəməyə razılaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Herald" nəşri məlumat yayıb.
Məlumata görə, kolumbiyalı futbolçu artıq sənədləşməni rəsmiləşdirmək üçün Qlazqoya yollanıb. O, ötən mövsüm "Qarabağ"ın heyətində 15 qol vurmaqla diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, "Qarabağ" kolumbiyalını ötən ilin yayında "Portimonense"dən cəmi 200 min avro (təxminən 395 min manat) müqabilində heyətinə qatmışdı.
Mənbə: oxu.az