Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.

“Azertag.az”a istinadla xəbər verilir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.

Daha əvvəl Ömər Salmanov (48 kiloqram) mundialda 3-cü yeri tutub.

Bu gün, həmçinin İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.

Mənbə: bizim.media