“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Zinəddin Zidanın Fransa milli komandasının baş məşqçisi postuna təyin olunmasına reaksiya verib.
Ulduz futbolçu özünün “Instagram” hesabında qısa paylaşım edib.
“Evinə xoş gəldin”, – deyə Mbappe yazıb.
Qeyd edək ki, bu gün Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub. Təcrübəli mütəxəssis 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Zidan bundan əvvəl yalnız “Real Madrid”də çalışıb (2016–2018 və 2019–2021-ci illərdə). Onun rəhbərliyi altında “Kral klubu” ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub.
Məlumat üçün bildirək ki, Zidan 14 il milli komandaya rəhbərlik edən Didye Deşamı əvəzləyib. Belə ki, Deşam “üçrənglilər”in DÇ-2026-nın üçüncü yeri uğrunda matçda İngiltərəyə 4:6 hesabı ilə uduzmasından sonra postundan ayrılıb. O, Fransa millisini DÇ-2018-də çempionluğa yüksəltmiş, DÇ-2022-də isə finala çıxararaq gümüş medal qazandırmışdı.
Xatırladaq ki, bir qədər əvvəl Zidan da Fransa millisinə təyinatı ilə bağlı açıqlama vermişdi.
Mənbə: qafqazinfo.az