Türkiyə Superliqasında Çempionlar Liqasına vəsiqə qazanılması fonunda klublar arasında maliyyə mübahisəsi yaranıb.
"Trabzonspor" rəhbərliyi Uğurcan Çakırın müqaviləsindəki xüsusi bəndə əsasən "Qalatasaray"dan 3 milyon avro tələb edib.
Qara dəniz təmsilçisi "sarı-qırmızılılar"ın Çempionlar Liqası bonusu şərtini yerinə yetirərək məbləğin ödənilməsini istəyib.
Məsələ ilə bağlı İstanbul klubunun yaxın günlərdə rəsmi cavab verəcəyi bildirilir.
Mənbə: unikal.az