Bir neçə gün sonra Ronaldonun toyu olacaq

Bir neçə gün sonra Ronaldonun toyu olacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo gələn həftə sevgilisi Corcina Rodriges ilə evlənəcək.

Toy şənliklər Ronaldonun doğulduğu Portuqaliyanın Funşal şəhərində keçiriləcək. Cütlük əvvəlcə yerli kafedralda evlənəcək, daha sonra isə şənlik üçün beşulduzlu “Savoy Palace” otelinə gedəcək. Mənbə qeyd edir ki, toy 7 və 8 avqustda baş tutacaq.

Kriştiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən bəri birlikdədirlər və birlikdə dörd uşağa sahibdirlər. Futbolçunun həmçinin 16 yaşlı Kriştiano Ronaldo adlı oğlu da var.

Mənbə: publika.az