“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunun biletləri də bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.

Qeyd edək ki, oyun 13 avqust, saat 20:00-da başlayacaq.

Mənbə: qafqazinfo.az