Qvardioladan etiraf - Qayıtmaq çətin olacaq

Qvardioladan etiraf -

İspaniyalı mütəxəssis Xosep Qvardiola “Mançester Siti”nin baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra gələcək planlarını açıqlayıb.

55 yaşlı mütəxəssisin sözlərini “Miirror” sitat gətirib:

“Düzünü desəm, nə edəcəyimi belə bilmirəm. Geri qayıtmaq çətin olacaq, hazırda özümü belə hiss edirəm. Geri qayıtmaq çətin olacaq.

Şəxsi həyatımda baş verən bir çox şeyi yenidən düşünməliyəm. Peşəkar həyatıma gəldikdə, özümü bir az başqa sahələrdə tapmalıyam. Xüsusilə də sadəcə arxayın oturub zamanın keçdiyini izləmək. Zamanın səndən əvvəl keçdiyini izləmək”.

Xatırladaq ki, Qvardiola ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb və karyerasına fasilə vermək qərarına gəlib.

Mənbə: publika.az