Braziliyalı hücumçu "Mançester Siti"yə keçir

Braziliyalı hücumçu "Mançester Siti"yə keçir

İngiltərənin "Mançester Siti" klubu "Palmeyras"ın forvardı Allanla şifahi razılaşma əldə edib.

Bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Premyer Liqa təmsilçisi və braziliyalı oyunçu gələcək müqavilənin detallarında ortaq məxrəcə gəliblər, futbolçu "şəhərlilər"in formasını geyinməkdə maraqlıdır. Hazırda hər iki klub arasında potensial keçidlə bağlı danışıqların davam etdiyi vurğulanır.

Qeyd olunur ki, gənc hücumçu 2025-ci ilin yanvar ayından etibarən "Palmeyras"ın əsas heyətində yer alır. Onun Braziliya klubu ilə mövcud müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir.

Mənbə: oxu.az