Məhəmməd Rüstəmli Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazandı

Məhəmməd Rüstəmli Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazandı

Atletimiz Məhəmməd Rüstəmli Kosovonun Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Birdən qaldırma hərəkətində 91 kq çəkini ram edən Məhəmməd qitə miqyaslı yarışın bürünc mükafatını əldə edib.

55 kq çəki dərəcəsində yarışan Rüstəmli təkanla qaldırma növündə daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz Avropa birinciliyinin gümüş medalına sahib olub. Beləliklə iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Mənbə: qafqazinfo.az