"Fənərbağça" Kərəm Aktürkoğlunun səhhəti ilə bağlı açıqlama yayıb.
Türkiyə klubundan verilən açıqlamada deyilir:
"Dünənki matçda başından aldığı zərbədən sonra ehtiyat tədbirləri ilə müşahidə altında saxlanılan futbolçumuz Kərəm Aktürkoğlu bu gün müayinədən keçib. Nəzarət məqsədi ilə çəkilən tomoqrafiyada hər hansı bir problem aşkar edilməyib. Ümumi səhhəti yaxşı olan futbolçumuz gecəni xəstəxanada və həkim nəzarəti altında keçirəcək və sabah evə buraxılacaq".
Qeyd edək ki, "Fənərbağça"nın "Konyaspor"la oyununda Uğurcan Yazğılı ilə qarşılaşan Kərəm Aktürkoğlu oyunu davam etdirə bilməyib. Onu 54-cü dəqiqədə Dorjeles Nene əvəzləyib. (fanat.az)
Mənbə: musavat.com