Monakoda UEFA Konfrans Liqasının 2026/27-ci illər mövsümünün liqa mərhələsinin püşkatma mərasimi baş tutub.
Yeni formata uyğun olaraq klubların rəqibləri xüsusi kompüter proqramının köməyi ilə müəyyənləşib.
Klublar öz reytinqlərinə əsasən, altı səbətə (hər birində 6 komanda olmaqla) bölünüblər. Ümumi liqa mərhələsi çərçivəsində hər bir komanda altı qarşılaşma keçirəcək. Bunlardan üçü doğma meydanda, üçü isə səfərdə oynanılacaq.
Xatırladaq ki, Konfrans Liqasının son qalibi İngiltərənin “Kristal Pelas” klubudur. London təmsilçisi ötən mövsümün finalında İspaniya “Rayo Valyekano”sunu 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
2026/27 mövsümünün həlledici final matçı isə iyunun 2-də İstanbulun “Beşiktaş” stadionunda keçiriləcək.
6 səbətdə bir-birinə rəqib olan klubları təqdim edirik:






Mənbə: qafqazinfo.az