"Barselona"nın Bakıya gələcəyi tarix bilindi

"Barselona"nın Bakıya gələcəyi tarix bilindi

2026/27 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsinin təqvimi açıqlanıb.

Bu barədə UEFA-nın saytına istinadən xəbər verilir.

Liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək, 2027-ci ilin yanvarın 27-də isə yekun vurulacaq.

Azərbaycan çempionu “Sabah” ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”lə Liqa mərhələsində son matçını isə yanvvarın 27-də səfərdə səfərdə “Arsenal”a qarşı keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi

10 sentyabr

Mançester Yunayted - Sabah

13 oktayabr

Sabah - Slaviya

20 oktyabr

Sabah - Borussiya Dortmund

4 noyabr

Vikinq - Sabah

25 noyabr

Sabah - Barselona

8 dekabr

Vilyarreal - Sabah

20 yanvar

Sabah - Napoli

27 yanvar

Arsenal - Sabah

Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

Mənbə: operativmedia.az