Avqustun 29-da “Hall Siti” Premyer Liqanın 2-ci turunda səfərdə “Koventri Siti”ni 1-0 hesabı ilə məğlub etdi.
Bu mövsüm Premyer Liqaya yüksələn "pələnglər” üçün bu qələbə startda ardıcıl ikinci oldu.
İlk turda “Hall” evdə “Mançester Yunayted”ə 2-0 hesabı ilə qalib gəlmişdi.
“Pələnglər”in uğurlu başlanğıcı onları tarixə salıb. “Opta”nın məlumatına görə, Premyer Liqaya yeni yüksələn yalnız 3 komanda mövsümün ilk iki oyununda qalib gəlib: “Bolton” (2001/02), “Hall Siti” (2016/17 və 2026/27) və “Haddersfild” (2017/18).
“Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.
Mənbə: publika.az