Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib.
Hər iki futbolçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Liman" klubu ilə müqavilə imzalayıb.
Futbolçularla müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fidan Cəfərova ötən mövsümü Türkiyənin "Hakkarigücü" klubunda keçirib. Vüsalə Hacıyeva isə bu ölkənin "Yüksekova" komandasında çıxış edib.
Mənbə: oxu.az