Türkiyəli iş adamı, “Trabzonspor”un azarkeşi və sponsoru Məhəmməd Alpdündar Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovskini açıq şəkildə tənqid edib.
İş adamı bununla bağlı “X” səhifəsində müvafiq paylaşım edib.
Alpdündar yazıb: “Stefan Saviç və Ruslan Malinovski orta səviyyəli oyunçular arasındadırlar. Bu iki oyunçunu “Trabzonspor”da görmək istəmirəm. Xüsusilə də Malinovskini – ona dözə bilmirəm, hətta baxa da bilmirəm”.
Xatırladaq ki, Ruslan Malinovski bu ilin iyun ayında “Trabzonspor”a qoşulub. O, indiyə qədər Türkiyə klubunda dörd oyun keçirib və qol vurmayıb. Avropa Liqasının seçmə mərhələsinin “Ferensvaroş”a qarşı ikinci oyununda ukraynalı 13-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Mənbə: publika.az