Rusiyalı UFC döyüşçüsü Ömər Nurməhəmmədov Çinin Şanxay şəhərində keçirilən UFC turnirində çinli Sonq Yadonqa məğlub olması ilə bağlı yeni açıqlama verib.
Dünən, 29 avqustda Nurməhəmmədov ikinci raundda Yadonqa nokautla məğlub olub.
Ömər sosial mediada yazıb:
“Qardaşlar, heç kim ölməyib. Biz kişiyik və irəliləyirik. Qayıdıb qalib gələcəyimə şübhəm yoxdur. Hamını qucaqlayıram”,.
Ömər Nurməhəmmədov MMA-da 22 döyüş keçirib, 20-də qalib gəlib.
Mənbə: publika.az