Benzema Ərəbistan klubundan gedir?

Benzema Ərəbistan klubundan gedir?

"Əl-Hilal”ın fransalı hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubundan ayrılmaq qərarına gəlib.

Bu barədə jurnalist Santi Auna məlumat yayıb. Bildirilir ki, “Qızıl top”un sahibi yaxın günlərdə “Əl-Hilal”dakı karyerasını başa vuracaq.

Benzema 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib. Peşəkar karyerasına “Lion”da başlayan hücumçu 2009-cu ildə “Real”a transfer olunub. Madrid klubunda 14 mövsüm keçirən Benzema 5 Çempionlar Liqası kuboku da daxil olmaqla 25 kubok qazanıb.

Mətləb

Mənbə: sia.az