"Qarabağ"ın U-19 komandasının Gənclər Liqasında rəqibi bəlli olub

"Qarabağ"ın U-19 komandasının Gənclər Liqasında rəqibi bəlli olub

UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.

"Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.

Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən qatılacaq. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.

Mənbə: oxu.az