"Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik milli komandasına dəvət alıblar.
Ağdam təmsilçisinin müdafiəçisi Bruno Lanqa və "Zirə"nin yarımmüdafiəçisi Rikardo Gimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün milli komandaya çağırılıblar.
Hər iki futbolçu Mozambik yığmasının 41 nəfərlik geniş heyətində yer alıb.
Mozambik seçmə mərhələdə Seneqal, Sudan və Efiopiya ilə eyni qrupda mübarizə aparacaq.
Afrika Millətlər Kubokunun seçmə mərhələsinə sentyabrın 21-də start veriləcək.
Mənbə: oxu.az