Torresdən etiraf: “Barselona”nı PSJ-yə kimə görə dəyişib?

Torresdən etiraf: “Barselona”nı PSJ-yə kimə görə dəyişib?

PSJ-nin hücumçusu Ferran Torres baş məşqçi Luis Enrikenin transferindəki rolundan danışıb.

26 yaşlı ispaniyalı bu ilin avqust ayında parislilərlə müqavilə imzalayıb.

AS nəşri Torresin sözlərini sitat gətirib:

“Həmişə demişəm ki, İspaniya millisinə qoşulduğumdan bəri Luis Enrike mənim üçün ata kimi olub. Mənə inanan və PSJ-yə keçməyimə kömək edən o idi. O, həmişə mənə inam aşılayıb və ümid edirəm ki, bu mövsüm bu etimadı doğrultacağam.

Luis Enrike məndən həmişə eyni şeyi istəyir. O, mənə hər üç hücum mövqeyində oynamağa icazə verdi və bir neçə mövqedə oynaya bilmək həm komanda, həm də mənim üçün faydalıdır. Luis Enrikenin etdiyi tək şey mənə özünəinam aşılamaqdır”.

Ferran Torres bu mövsüm PSJ- də iki oyun keçirib və iki qol vurub.

Mənbə: publika.az