Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.
ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan “Qəbələ” 6-cı pillədə qərarlaşan “İmişli”ni qəbul edəcək.
Digər görüşdə isə 9-cu yerdə qərarlaşan “Şamaxı” Gəncədə 7-ci yerin sahibi “Kəpəz”in qonağı olacaq.
Misli Premyer Liqası, 4-cü tur
18:00.“Qəbələ” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
20:15.“Kəpəz” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
Mənbə: qafqazinfo.az