“Lion”a qayıtmaq istəyirdi, icazə vermədilər - Karyerasını bitirə bilər

“Lion”a qayıtmaq istəyirdi, icazə vermədilər -

“Lion”un keçmiş hücumçusu Kərim Benzema doğma klubuna olan sevgisi və hörməti səbəbindən maaşından imtina edərək yenidən Fransa təmsilçisində oynamağa hazır olub.

“L’Equipe”ə istinadla xəbər verilir ki, Liqa 1 klubunun rəhbərliyi bu yay 38 yaşlı futbolçunun qayıdışı variantını nəzərdən keçirsə də, transfer gözlənilməz maneə ilə qarşılaşıb.

Nəşr yazır ki, fransalı ulduz avqustun 31-də Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etsə də, o, 2030-cu ilə qədər ölkə çempionatının səfiri olaraq qalır:

“Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) imic müqaviləsi olan futbolçuların başqa ölkələrin çempionatlarında çıxış etməsinə qarşı çıxır. Fransa Liqa 1-i üçün istisna olunması ilə bağlı tərəflər arasında aparılan danışıqlar isə çıxılmaz vəziyyətə gəlib. Həmçinin müqavilə bitəndə Benzemanın 43 yaşı olacaq”.

Qəzetin yaydığı məlumata görə, yaranmış bu mürəkkəb vəziyyət fonunda təcrübəli hücumçunun yaxın vaxtlarda peşəkar futbolçu karyerasını yekunlaşdırmaq ehtimalı kəskin artıb. Kərim Benzemanın artıq cari mövsümə sonuncu ili kimi hazırlaşdığı qeyd olunur.

Mənbə: qafqazinfo.az