“Kəpəz” futbol klubunun kapitanı Dioqu Verdaşka zədələnib.
Klubdan verilən məlumata görə, portuqaliyalı müdafiəçi bu gün keçirilən məşq zamanı zədələnib.
Onun Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”yə qarşı oyunda iştirak edib-etməyəcəyi tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də Gəncə şəhər stadionunda keçiriləcək.
Mənbə: unikal.az