"Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik" - Litva yığmasının baş məşqçisi

"Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik" - Litva yığmasının baş məşqçisi

Futbol üzrə Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas mətbuat konfransında mühüm fikirlər səsləndirib. Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycana qarşı keçirdikləri qarşılaşmanı (1:1) dəyərləndirib: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik. Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.

Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq".

Mənbə: sia.az