“Neftçi” Litva klubu ilə yoldaşlıq oyunu keçirəcək

“Neftçi” Litva klubu ilə yoldaşlıq oyunu keçirəcək

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” (Azərbaycan) və Litvanın “Spartak” (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.

Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq.

1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.

Mənbə: publika.az