Arda Gülər tarix yazdı - 100 milyon avroluq ilk türk futbolçu

Arda Gülər tarix yazdı -

İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Gülər Türkiyə futbolunun tarixinə düşüb.

21 yaşlı oyunçu transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.

Gənc yarımmüdafiəçinin əvvəlki bazar qiyməti 90 milyon avro idi.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 7 oyunda meydana çıxıb və 4 qolun vurulmasında birbaşa iştirak edib.

Mənbə: publika.az