Cüdoçumuz bürünc medal qazandı - Dünya çempionatı

Cüdoçumuz bürünc medal qazandı -

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulub.

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov 1/32 finalda Akil Qyakovaya (Kosovo), 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteriyə qalib gəlib. O, 1/8 finalda isə Covannni Espositoya (İtaliya) uduzaraq çıxışını başa vurub.


Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada), 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qalib gəlib. Cüdoçumuz 1/4 finalda Dayan Bulemtafeslə isə uduzub.

Amma R.Məmmədəliyev təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Təmsilçimiz bu mübarizədə rəqibi Braziliya idmançısı, Yay Olimpiya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı Daniel Karninə qalib gələrək bürünc medala sahib çıxıb.

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Mənbə: bizim.media