"Barselona"ya keçməyin mənası yox idi - Mxitaryan

"Barselona"ya keçməyin mənası yox idi -

“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan "Borussiya Dortmund”da oynayarkən “Barselona”nın təklifini niyə rədd etdiyini açıqlayıb.

Jurnalist Hraç Xaçatryan Ermənistan İctimai Televiziyasında yayımlanan bir verilişə istinadən Mxitaryanın sözlərini sitat gətirib:

“Borussiya Dortmund”da inanılmaz mövsüm keçirdiyim zaman “Barselona”dan maraq var idi. Amma çox yaxşı bilirdim ki, ora getsəm, kifayət qədər oyun vaxtı qazana bilməyəcəm.

Hücumda Neymar, Messi və Suares, yarımmüdafiədə isə Tiaqo Alkantara, İnyesta və Fabreqas var idi. Mütəmadi oynamayacağın bir kluba keçməyin mənası yox idi”.

Mənbə: publika.az