Keçmiş UFC çempionu Aleks Pereyra qarşıdan gələn UFC 334 turniri ilə bağlı fikirlərini bildirib.
Tədbirin baş döyüşü Siril Qeyn və Coş Hokit arasında olacaq.
Pereyra sosial mediada yazıb: “Niyə qadınlar arasında döyüşü əsas yarışa çevirmədilər? Yaxşı, heç kimin vecinə olmadığı üçün insanlara bu turniri xatırladacağam” .
Hokit ona belə cavab verib:
“Məğlubiyyətin səni təkcə aurandan deyil, həm də beynindən məhrum etdiyini bilmirdim. Sən hətta BMF-də belə yaraşmırsan. Ümid edirəm ki, Sergey səni çanta dostun qədər vəhşicəsinə məhv etməz”, – deyə Hokit cavab verib.
Pereyra dekabrda UFC 335- də Sergey Pavloviçlə qarşılaşacaq.
Mənbə: publika.az