C.Fərəcullayev ölkədə uşaq və yeniyetmə futbolunun inkişafı istiqamətində görülən işlərdən danışıb. O, U-15 dünya çempionatı ilə əlaqədar tikilən 10 min tamaşaçı tutumuna malik yeni yarış və məşq mərkəzinin gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcəyini qeyd edib.
Baş katib bildirib ki, hazırda mərkəzdə son tikinti işləri aparılır və arena müasir standartlara uyğun şəkildə hazırlanır.
AFFA rəsmisi uşaq futbolunun inkişafının əsas məqsədlərdən biri olduğunu vurğulayıb:
"Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".
Mənbə: oxu.az