"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

"Sabah" - "Slaviya" oyununda

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda baş tutan "Sabah" – "Slaviya" (Çexiya) oyununda antirekord qeydə alınıb.

Bu barədə "Opta" statistik portalı məlumat yayıb.

Qarşılaşmada qapı "çərçivə"sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub. Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri "çərçivə"yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.


"Sabah"ın hücumçusu Kahim Parris 17-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan matçda Çexiya təmsilçisini iki cavabsız qolla məğlub edib. (Report.az)

Bizim.Media

Mənbə: bizim.media