Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

59 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Argentina təmsilçisi Kamila Amarillaya qalib gəlib.

O, qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ukraynlı İrfan Mirzoyevi məğlub edərək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) gümüş mükafata sahib çıxıb.

Mənbə: bizim.media