PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq

PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
Fransa təmsilçilərindən PSJ-nin müdafiəçisi Nuno Mendeş UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Barselona” ilə keçiriləcək matçı buraxacaq.
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı futbolçu Fransa çempionatının son turunda "Strasburq”la görüşdə (3:1) sol bud nahiyəsindən zədə alıb. Bu səbəbdən o, qarşıdakı həftələrdə komandasına kömək edə bilməyəcək.
Beləliklə, Nuno Mendeş oktyabrın 21-də "Barselona” ilə keçiriləcək Çempionlar Liqası matçında PSJ-nin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Transfermarkt” portalı 80 milyon avro dəyərində qiymətləndirilən Mendeşi dünyanın ən bahalı sol cinah müdafiəçisi hesab edir.

Mənbə: azxeber.com