Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.

Bu barədə “Qafqazinfo”ya AMADA-dan məlumat verilib.

Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

Mənbə: qafqazinfo.az