Mateuş Koxalskinin yayda “Qarabağ”la yollarını ayırmasının səbəbləri ilə bağlı yeni məlumat yayılıb.
Polşa mətbuatının yazdığına görə, Ağdam təmsilçisi 26 yaşlı qapıçını komandada saxlamaq niyyətində olub. Klub, hətta futbolçuya yeni müqavilə təklif edib.
Lakin Koxalski daha çox matçda iştirak etmək istədiyi üçün karyerasını ölkəsində davam etdirməyə üstünlük verib. Polşalı qolkiper bunun ardından “Qarabağ”dan ayrılaraq “Vyeçista Krakov”a transfer olunub.
Məlumata əsasən, Ağdam klubunun yeni sözləşmə üçün irəli sürdüyü maliyyə şərtləri daha sərfəli olub. Buna baxmayaraq, Koxalski Krakova qayıtmağı daha yüksək maaşdan üstün tutub.
Qeyd edək ki, Mateuş Koxalski 2024-2026-cı illərdə “Qarabağ”ın qapısını qoruyub.
Mənbə: publika.az