Maradonanı müalicə etmiş həkimlərə bu cəza verilə bilər

Maradonanı müalicə etmiş həkimlərə bu cəza verilə bilər

Keçmiş futbolçu Dieqo Maradonanı müalicə edən həkimlər 4 ildən 12 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.

Bu barədə Argentina televiziya kanalı TN məlumat yayıb.

Əfsanəvi oyunçunun ölüm işi üzrə hökm dekabrın 22-də açıqlanacaq. Maradonanın ailəsinin ifadə verdiyi son məhkəmə iclası oktyabrın 21-də baş tutub. Prokurorluq DÇ-1986-nın qalibini nəzarətdə saxlayan həkimləri qeyri-kafi qayğı və müalicədə ittiham edib.

2026-cı ilin avqust ayında Maradonanın şəxsi masaj terapevti Nikolas Taffarel ölümündən bir gün əvvəl onun demək olar ki, yataq xəstəsi olduğunu və şiddətli şişkinlikdən əziyyət çəkdiyini açıqlayıb.

O, futbolçunun yemək yeməkdən, otağından çıxmaqdan, yuyunmaqdan və şəxsi gigiyena qaydalarına riayət etməkdən imtina etdiyini qeyd edib.

Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölüm səbəbi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı olub.

Mənbə: publika.az