“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Rafael van der Vaart “Barselona” ilə keçiriləcək “el klasiko” ilə bağlı gözləntilərini bölüşüb.
AS van der Vaartın sözlərini sitat gətirib: “Ümid edirəm ki, “Real” bu matçda qalib gələcək. “Barselona” yaxşı oynasa da, düşünürəm ki, “Real” əks-hücumlar yaradacaq, katalonların top itirməsindən çox səmərəli şəkildə istifadə edə biləcək. İnanıram ki, onlar “Barselona”nı cəzalandıracaqlar “.
“Barselona” İspaniya çempionatının onuncu turunda oktyabrın 25-də “Real Madrid”i qəbul edəcək.
Doqquz oyundan sonra katalonlar 27 xalla liderlik edir, Madrid komandası isə 21 xalla üçüncü yerdədir.
Mənbə: publika.az