İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal "France Football" jurnalının 2025/26 mövsümünün ən yaxşı gənc futbolçusuna təqdim etdiyi "Kopa" mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanıb.
Yamal tarixdə bu nominasiyada ən azı iki dəfə qalib gələn ilk və yeganə oyunçudur.
Qeyd edək ki, "Kopa" mükafatı 21 yaşdan yuxarı olmayan futbolçulara təqdim edilir.
Mənbə: oxu.az