Mbappenin qalmaqallı açıqlamasına görə “Real” Çindən üzr istədi

Mbappenin qalmaqallı açıqlamasına görə “Real” Çindən üzr istədi

“Real”ın fransalı ulduzu Kilian Mbappe qalmaqala səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bi8r verilişdə qonaq olan forvard “sizin haqqınızda ən gülməli zarafat hansıdır?” sualına verdiyi cavabla tənqidlərə tuş gəlib.

O, üzünü Çinin keçmiş lideri Mao Zedunqun bədəninə yerləşdirildiyi fotoya çox güldüyünü bildirib: “Məni ən çox güldürən, üzümü hansısa bir adamın üzərinə yerləşdirdikləri mem idi. Deyəsən, o, Çin diktatorudur”.

Bundan sonra isə Çində Mbappeyə qarşı sanksiyalar başlayıb. Bir çox böyük şirkətlər ulduz futbolçu ilə müqaviləni dayandırıb.

Hətta, onun iştirak etdiyi matçların bu ölkədə yayımlanması qadağan edilib.

Daha sonra ulduz futbolçu buna görə üzr istəyib. O, bu cür qalmaqala səbəb olacağını düşünmədiyini deyib.

Bu gün isə “Real” açıqlama yayaraq futbolçusunun dediklərinə görə Çin xalqından üzr istəyib: “Futbolçumuz Kilian Mbappenin son sözlərinin səbəb ola biləcəyi narahatlığa görə Çin xalqından üzr istəyirik.

Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də “Real”a sevgi və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmət bəsləyir.

Klub Kilian Mbappenin ictimai üzrxahlığına qoşulur. Futbolçu öz sözlərinə görə təəssüf hissi keçirdiyini bildirib və Çin xalqına hörmətini bir daha vurğulayıb.

“Real” hörmət, birgəyaşayış və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir. Klub Çin və onun vətəndaşları ilə arasındakı dostluq və qarşılıqlı rəğbət əlaqələrini daha da möhkəmləndirmək arzusunu ifadə edir”.

Mənbə: qafqazinfo.az