Bildirilib ki, Əli Tsokayev (92 kq) debüt etdiyi dünya çempionatını bürünc medalla başa vurub.
O, iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandbeyə 6:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bundan başqa, İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub.
Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.
Güləşçi əvvəlcə kosovolu Eqzon Xonini 7:0 hesabı ilə, daha sonra isə tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) məğlub edib. Lakin bürünc medal uğrunda görüşdə yaponiyalı Yoşinosuke Aoyagiyə 0:11 hesabı ilə uduzub.
Cəbrayıl Hacıyev (79 kq) isə üçüncü yer uğrunda qarşılaşmada Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabı ilə məğlub olub.
Mənbə: oxu.az