“Bayern”in hücumçusu və “Qızıl top” mükafatçısı Harri Keyn azarkeşlərin və ekspertlərin tənqidlərinə münasibətindən danışıb.
“The Touchline” Keynin sözlərini sitat gətirib.
“Sosial media və azarkeşlər səbəbindən bu günlərdə tənqid qaçılmazdır… Uzun müddət heç bir komanda kuboku olmadan yaşadım və bəzi insanlar bundan mənə qarşı istifadə etdilər.
Amma düşünürəm ki, futbolu həqiqətən başa düşənlər həmişə oyunumu qiymətləndiriblər. Və hiss edirəm ki, mən “Bayern”ə qoşulduğumdan bəri onlar bunu daha da qiymətləndirirlər”.
İngilis hücumçu “Tottenhem”dən transfer olunduqdan sonra 2023-cü ilin avqust ayından “Bayern”də oynayır.
Mənbə: publika.az