Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video

Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video

Braziliya millisinin əfsanəvi hücumçusu, 46 yaşlı Ronaldinyo İtaliya üçüncü divizionunun 14-cü turunda “Forli”yə qarşı keçirilən oyunda “Ravena”nın heyətində meydana çıxaraq 11 illik fasilədən sonra peşəkar karyerasını bərpa edib.

O, ilk hissədə oynayıb. “Ravena” 2:0 hesabı ilə qalib gəlib.

Ronaldinyo bu yay Ravennaya qoşulub. Ravennanın prezidenti İqnazio Çipriani futbolçunun dostudur.

Ronaldinyo karyerasını 299 qolla başa vurmuşdu və daha bir qol vurmaq ümidi ilə peşəkar futbola qayıtmaq qərarına gəlib.

Ronaldinyo son rəsmi oyununu 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun heyətində keçirib, karyerasını başa vurduğunu isə 2018-ci ildə açıqlayıb.

“Ravena” İtaliya C Seriyasında ikinci pillədə qərarlaşıb.

Hüseyn İbadlı

Mənbə: publika.az