“Mançester Siti”nin keçmiş baş məşqçisi Pep Qvardiola Səudiyyə Ərəbistanından təkliflər alıb.
Bu haqda onun meneceri Xosep Mariya Orobitq bildirib.
O bildirib ki, təkliflər vasitəçilər vasitəsilə daxil olub, lakin ispan mütəxəssis onları nəzərdən keçirməkdən qəti şəkildə imtina edib.
“Pep gələcəyi ilə bağlı müzakirələrə rəsmi olaraq növbəti mövsüm başlamazdan əvvəl start verəcək. Hazırkı məqamda onun qəti qərarı budur” - əlavə edib.
Mənbə: qafqazinfo.az