Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.
Bu gün turun növbəti iki oyunu keçiriləcək.
Günün ilk matçında “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Emin Əliyevin idarə edəcəyi görüş saat 14:30-da başlayacaq.
Günün növbəti qarşılaşmasında isə “Şəfa” “Qəbələ” ilə üz-üzə gələcək. Əli Əliyevin idarə edəcəyi matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən “İmişli” – “Zirə” matçı 2:2 hesabı ilə başa çatıb, “Sumqayıt” isə “Sabah”a 1:5 hesabı ilə məğlub olub. Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XII tur
21 noyabr
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
17:00. “Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“SOCAR Polymer Arena”
Mənbə: publika.az