Çinin Şanxay şəhərində, Şərqi Nankin küçəsindəki yeni “CR7” muzeyinin qarşısında Kriştiano Ronaldonun məşhur “Siuuu” qol sevincini əks etdirən 7 metrlik nəhəng heykəlinin açılışı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı futbolçu heykəldə Portuqaliyanın 7 nömrəli formasında təsvir olunub.
Ronaldo özü mərasimdə olmasa da, böyük qardaşı Huqo Aveyro və dostu Migel Payşao tədbirə qatılıb, azarkeşlərlə birlikdə “Siuuu” sevincini nümayiş etdiriblər.
Təxminən 3000 kvadratmetr sahəli “CR7” muzeyində 10 tematik zona, 40-dan çox eksponat, interaktiv bölmələr və futbolçunun Madeyradakı uşaqlıq otağının bərpası var.
Heykəl 2026-cı ilin dekabrının sonunadək nümayiş olunacaq, muzey isə bir il fəaliyyət göstərəcək.
Mənbə: qafqazinfo.az