“Real Madrid”dən Alkarasa xüsusi təbrik - İspan tennisçi tarix yazdı

“Real Madrid”dən Alkarasa xüsusi təbrik -

“Real Madrid” ispan tennisçi Karlos Alkarası 2026-cı il ATP finalındakı qələbəsi münasibətilə təbrik edib.

Klub sosial media səhifəsində mesaj paylaşıb.

“Əziz Karlos Alkaras, layiq olduğun ilk ATP Final titulunu qazanmağın münasibətilə təbrik edirik! Bu, İspaniya tennisini və səni həmişə dəstəkləyən bütün “Real Madrid” azarkeşləri üçün böyük sevincdir. Təbriklər!”, – deyə bəyanatda bildirilir.

Alkaras finalda alman Aleksandr Zverevi 6-2, 7-6 (9-7) hesabı ı ilə məğlub edib.

Mənbə: publika.az