Niderland millisinin sabiq futbolçusu Rud Qullit “Real Madrid”in hücumçusu Kilian Mbappenin hələ də “Qızıl top”u qazanmamasına təəccübləndiyini bildirib.
“The Touchline” nəşri Qullitin sözlərini sitat gətirib:
“Kilian Mbappenin gələn ay 28 yaşı tamam olmasına və hələ də “Qızıl top” qazanmamasına necə inanmaq olar ? Bu, necə mümkündür?! Mənə izahat lazımdır, çünki bu oğlan hər il bütün böyük turnirlərdə ən çox qol vuran oyunçudur”.
Qullit 1987-ci ildə “Milan” da oynayarkən “Qızıl top” mükafatını qazanıb. 2026-cı ildə mükafatı “Bavariya” nın hücumçusu Harri Keyn qazanıb.
Mənbə: publika.az